RU

Ölkədə xəstəxanalara müraciətlərin sayı artdı

Son günlər ölkəmizdə havaların soyuması ilə öskürək, qızdırma və boğaz ağrısı şikayətləri ilə xəstəxanalara müraciətlərin sayı artıb. 

Bəs bu hallar sadəcə mövsümi qripdir ya aktiv virus dalğasıdır? 

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, hazırda müşahidə olunan xəstəliklər hava damcı yolu ilə keçir.

İnfeksionist Təyyar Eyvazovun sözlərinə görə, qripin növləri çox olduğu üçün onları ayırmaq çətindir:

"Buna görə də həssas qrupa daxil olan insanlara peyvənd olunması tövsiyə edilir".

Bəs viruslardan özümüzü necə qorumalıyıq? 

İnfeksionistin sözlərinə görə, dərmanlardan əlavə sağlam həyat tərzi, düzgün qidalanmaq, açıq havada vaxt keçirtmək də önəmlidir. Gündəlik otaqları havalandırmaq , tünlük olan yerlərdə çox qalmamaq lazımdır. 

Qeyd edək ki, ölkədə az sayda da olsa "covid19" virusuna yayılma halları müşahidə edilir.

Aysel Əkbər
Milli.Az

Избранный
33
3
milli.az

4Источники