Xalq Artisti Faiq Ağayev “Gün ortası” verilişinin aparıcısı Zümrüd Bədəlovanı efirdə tənqid edib.
OLAY yazır ki, buna səbəb aparıcının müğənniyə şəxsi həyatı ilə bağlı sual verməsi olub.
O müğənnidən 17 yaşında ata olması və hal hazırda 25 yaşında oğlunun olması ilə bağlı iddiaları soruşub. Sənətçi bu haqda 1999-cu ildə açıqlama verdiyini və artıq bu barədə danışmaq istəmədiyini bildirib.
Həmçinin Ağayev bildirib ki, o, hazırda “Azad Azərbaycan Teleradio Şirkətinin Bədii Şurası”nın üzvüdür və Audiovizual Şura belə bildirib ki, ailə-məişət mövzuları efirdə hallanmasın. Bu məsələyə görə Ağayev aparıcıya bir il müddətində onunla əlaqə saxlamamasını, zəng etməməsini tələb edib.
“Bir ildən sonra isə düşünərik” - deyə sənətçi qeyd edib.