Son 8 ayda diplom tanınması ilə bağlı 3480 müraciət əsasında müvafiq ekspertiza həyata keçirilib. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, 2989 müraciətə müsbət rəy verilib.
“Düşünürəm ki, bu mövzuda maarifləndirmə düzgün aparılsaydı, imtina qərarları da olmazdı”,- vurğulayıb.