RU

Ard-arda partlayış: Helikopterlər uçur, hamı yoxlanılır

Bu gün səhər saatlarında Vladivostokda Şçitovaya kəndi yaxınlığında dayanacaqları olan inzibati binaların yaxınlığında partlayışlar baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, girişdə xüsusi xidmət orqanlarının və təcili yardım maşınlarının cəmləşdiyi müşahidə olunub.

“Amur Maş” teleqram kanalı bildirib ki, bir sıra partlayışlardan sonra hərbi helikopter Vladivostok üzərində dövrə vurub. Bundan əlavə, hərbçilər və polislər körfəzə daxil olan avtomobilləri yoxlayıblar . Sürücülərin dediyinə görə, Şçitovaya ərazisindəki keçid məntəqəsində demək olar ki, hamı saxlanılıb.

Yerli hakimiyyət partlayışları “qaz avandanlıqlarında baş verən nasazlıq” kimi xarakterizə edib.

Qeyd edək ki, Vladivastokda daha əvvəl – mayın 30-da da güclü partlayışlar olmuşdu. Maraqlıdır ki, həmin vaxt da hakimiyyət səbəb kimi qaz balonlarının partlamasını göstərmişdi.

Избранный
31
publika.az

1Источники