RU

İran və müttəfiqləri nüvə obyektlərinin müdafiəsi ilə bağlı tələblər irəli sürüblər - Bəqai

İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə "Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanəti altında olan nüvə obyektləri və qurğularına qarşı bütün hücum formalarının qadağan edilməsi haqqında" qətnamə layihəsi təqdim edib.

Missiya.Az Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Bizim layihəmizdə təsdiq olunduğu kimi, bütün ölkələr “dinc məqsədlər üçün nüvə enerjisini inkişaf etdirmək üçün ayrılmaz hüquqa” malikdirlər və “hər hansı hücum və ya hücum təhlükəsinə qarşı effektiv təminat hüququndan istifadə edə bilərlər”, - deyə o əlavə edib. 

Bəqai onu da əlavə edib ki, bu, eyni zamanda bir daha təsdiq edir ki, bütün dövlətlər digər ölkələrdəki dinc nüvə obyektlərinə hücum etməkdən və ya onlara hücum etmək təhdidindən çəkinməlidirlər. Bu prinsiplər qorunmalıdır, qanunsuzluğun normallaşmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin qətiyyətlə hərəkətə keçməsinin vaxtı çoxdan çatıb.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
42
1
missiya.az

2Источники