RU

2026-cı ilin dövlət büdcəsi açıqlanıb – gəlirlər, xərclər və pensiya artımları

"Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Gələn il üçün büdcənin gəlirləri 38,4 milyard, xərcləri 41,5 milyard manat proqnozlaşdırılır, büdcə kəsiri isə 3,1 milyard manat olacaq. Gəlirlərin və xərclərin illik artımı müvafiq olaraq 0,2 və 0,3 faizdir".

QHT.az xəbər verir ki bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 1 barel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur, qeyri-neft gəlirlərinin payı isə rekord səviyyədə – 57,4 faiz proqnozlaşdırılır, bu da fiskal diversifikasiyanın dərinləşdiyini göstərir:

"Müdafiə və milli təhlükəsizlik üçün 8,7 milyard, iqtisadi fəaliyyətə 7,6 milyard, sosial müdafiə və təminata isə 4,8 milyard manat ayrılacaq. Sosial xərclər 2025-ci illə müqayisədə 2,54 faiz artacaq və ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcək. Mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından əmək pensiyaları indeksləşdirilərək artırılacaq və bu 1 milyon 100 min vətəndaşı əhatə edəcək".

 

Pərvanə Fərhadqızı

Избранный
35
qht.az

1Источники