"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada "Benfika"nın qonağı olacaq.
“İki sahil” xəbər verir ki, “Estadio da Luz”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyun Azərbaycanda İctimai Televiziyanın (İTV) canlı efirində təqdim olunacaq.
Xatırladaq ki, CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında İTV "Qarabağ"ın Çempionlar Liqasındakı 4 səfər matçının hamısını canlı yayımlayacaq.