Estoniya hakimiyyəti Rusiya sərhədi yaxınlığında tank əleyhinə xəndəklərin tikintisini 2027-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Ainar Afanasev portala bildirib ki, 2027-ci ilin sonuna kimi 40 km-dən çox tank əleyhinə xəndəyin tikintisini başa çatdırmaq planlaşdırılır.
Bundan əlavə, 600 bunkerin təchiz edilməsi planlaşdırılır.
Xəndək Baltikyanı müdafiə xəttinin bir hissəsi olacaq. ERR-in məlumatına görə, müdafiə zonasının ümumi uzunluğu təxminən 100 km olacaq.