RU

FHN-in əməkdaşları beynəlxalq təlimdə iştirak edib

Bakı. Trend:

7-12 sentyabr 2025-ci il tarixlərində BolqarıstanRespublikasının Montana şəhərində Şimali Atlantika MüqaviləsiTəşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrəAvro-Atlantika Mərkəzi (EADRCC) və Bolqarıstan RespublikasınınDaxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “20-ci NATOEADRCC Fövqəladə Halların İdarə edilməsi - BULGARIA 2025” təlimikeçirilib.

Trend FHN-ə istinadla xəbər verir ki, təlimə Fövqəladə HallarNazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi və Tibbi ƏraziBölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu da qatılıb.

Təlimin rəsmi açılış mərasimində çıxış edən BolqarıstanRespublikasının daxili işlər naziri Daniel Mitov təlimə cəlb olunaniştirakçıları salamlayaraq, təşkil olunan genişmiqyaslı sahətəliminin baş verə biləcək irihəcmli fövqəladə hallara çevikreaksiya imkanlarının artırılması baxımından əhəmiyyətindəndanışıb.

Daha sonra NATO-nun Baş katibinin müavini Radmila Shekerinskanövbəti “BULGARIA 2025” təliminin məqsəd və vəzifələrindən bəhsedərək iştirakçılara uğurlar arzulayıb.

Sahə təliminin təşkilində əsas məqsəd mümkün təbii fəlakət vəqəzalar nəticəsində ətraf ərazilərə və kritik infrastruktura dəyəbiləcək zərərlərin əlaqəli şəkildə aradan qaldırılması olub.

Təlim planına uyğun olaraq, “Yerli Fövqəladə Halların İdarəolunması” (LEMA), “Sahə Koordinasiya Mərkəzi” (OSOCC), “ŞəhərƏməliyyatlarının Koordinasiya Mərkəzi” (UCC), “Fövqəladə TibbQruplarının Koordinasiya Mərkəzi” (EMTCC) və “Birgə Hava/DronƏməliyyatlarının Koordinasiya Mərkəzi”nin (Joint Air/DroneOperations Coordination Centre) imkanlarından istifadə etməklətəlimdə iştirak edən xilasetmə qruplarının əməliyyatlarıkoordinasiya olunub.

Təlim müddətində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsininşəxsi heyəti axtarış-xilasetmə işlərinə fəal cəlb olunaraq, şərtinəqliyyat qəzaları və zəlzələ hadisələri zamanı dağıntılar altındaqalan zərərçəkmişlərin xilas edilməsi, həmçinin “Şəhər KoordinasiyaMərkəzi”nin (UCC) fəaliyyətinin təşkilinə dəstək əməliyyatınıuğurla icra edib. Bundan başqa, təlimə cəlb olunan FHN-in digərəməkdaşları “Qiymətləndirici” və “Müşahidəçi” qismində iştirakedərək təlimin gedişatına öz töhfələrini veriblər.

Təlimdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)tibb qrupu tərəfindən “Fövqəladə Tibb Qruplarının KoordinasiyaMərkəzi” (EMTCC) tərəfindən əldə olunan şərti məlumatlar əsasındadağıntı zonalarına cəlb olunaraq, zərərçəkmişlərə tibbi müdaxiləedərək onların təcili tibbi yardım avtomobili ilə müvafiq tibbmərkəzlərinə çatdırılması təmin olunub.

Təlim uğurla başa çatıb və sonda iştirakçılara sertifikatlartəqdim edilib.

Избранный
18
11
az.trend.az

10Источники