RU

Bakıda müəllimdən şagird və valideynlərə unikal jest FOTO

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

(Foto şərtidir)

Bakının Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli orta məktəbin müəllimi İmmi Məmmədova ilk dərs günü münasibətilə şagirdlərə və onların valideynlərinə hədiyyə təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Şəbnəm Xeyrullayeva bildirib.

O, həm özünə, həm də övladına hədiyyə verildiyini bildirib və müəllimin bu addımını yüksək qiymətləndirib.

“Müəllim hər uşağa saatla yanaşı, qələm, xətkeş, pozan, brelok, qələmyonan hədiyyə edib, valideynlərə isə şokolad yapışdırılmış kart yollayıb. Düzü, çox bəyəndim. İlk gündən müəllimin belə jest etməsi çox dəyərlidir”.

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
globalinfo.az

1Источники