RU

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tapança, 8 qumbara, 1 alışdırıcı, 1 tüfəng, 25 patron darağı və 2217 ədəd müxtəlifçaplı patron aşkar edərək götürüblər.

Избранный
17
49
azertag.az

10Источники