RU

Azərbaycanda inflyasiya 4,2 %-ə enəcək

Azərbaycan hökuməti 2026-2029-cu illərdə orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır.

Modern.az Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin sonuna ölkədə orta illik inflyasiya 5,4 % təşkil edəcək.

Proqnozlara görə, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə qədər enəcək.

Bildirlib ki, 2027-ci ildə orta illik inflyasiyanın 4,5 %, 2028-ci ildə – 4,3 %, 2029-cu ildə isə – 4,2 % səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.

Избранный
31
6
modern.az

8Источники