RU

Nazilə əsəbiləşdi: Mən bu işi belə qoymayacam

Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva haqqında açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, bu barədə "Öz aramızda" verilişində danışıb.

Şairə bildirib ki, Fatimə Fətəliyeva məhkəmədə uduzub və üzr istəmək onun borcudur:

"Üzr istəməlidir məndən. Borcudur. İstəməsə, o qanun, o polis, o məhkəmə, o da həbs. Şairəyəm, niyə məndən şeir soruşmursunuz? İnsanı canından bezdirirsiz. Bizi xalqın qarşısına ifritə kimi təqdim edirsiniz. Məhkəmədə uduzub, çünki mən haqlı idim. Sənəd arxivə atılıb. İş başqa rayona gedib. Bu skandalı böyüdəcəm. Demişdim ki, mənə heç kim dəyməsin. Vəzifəsindən sui-istifadə edən hər kəs cavab verəcək. İcraat yerinə yetirilmir. Məhkəmədə sənəd yoxdur, amma mən bu işi belə qoymayacam. Məhkəməni də udmuşam".

Избранный
27
1
publika.az

2Источники