ain.az bildirir, Konkret.az portalına istinadən.
“Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda dərman idxalı sahəsində monopoliya hökm sürür:
“Bu əslində yeni yox, köhnə problemdir. Çünki Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır. İkincisi, dərman sahəsində hazırda monopoliya var. Yəni ölkəyə yalnız bəlli şəxslər ancaq dərman idxal edə bilir və istədiyi qiyməti qoyurlar. Əgər bu məsələ sərbəst olsa, digər imkanlı şəxslər və dərman biznesi ilə məşğul olan insanlar rahat şəkildə müxtəlif ölkələrdən dərman idxal edə bilsə, dərman bol, qiymətləri isə münasib olacaq. Hər şey tələb-təklifə bağlıdır. Lakin buna şərait yaratmırlar”.
Həkim vurğulayıb ki, bəzi xəstəliklərin dərman və müayinə xərclərini dövlət qarşılamalıdır:
“Onkoloji xidmət ölkədə bərbad vəziyyətdədir. Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır. Birinci növbədə onkoloji xidmət heç də yaxşı vəziyyətdə deyil. Adı dövlət hesabına olsa da, təəssüflər olsun ki, xəstələr ödəniş etməyə məcbur olurlar. Ödəniş etməyən xəstəyə isə yuxarıdan aşağı baxırlar. Sistemdə dəyişiklik olmalıdır. Orqan köçürülməsi, onkoloji xəstəliklər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərin şəxsi vəsaitləri müalicəyə bəs etmir. Digər tərəfdən, sosial şəbəkələrdə tez-tez müalicəyə ehtiyac olan və köməklik üçün müraciət edən vətəndaşlar qarşımıza çıxır. Eyni zamanda məlum verilişlər xəstələri efirə çıxararaq, həmin şəxslər üçün pul yığırlar. Bu ayıbdır. Belə ağır xəstələr niyə dövlətə müraciət edib, rahat şəkildə müalicə ala bilməməlidir? Bu məsələlər həll edilməlidir”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında bildirib ki, dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Deputat qeyd edib ki, seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarının bildirirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.