RU

Avtomobil zavodunda vatsap qadağası

Avtovaz şirkətinin rəhbərliyi əməkdaşlarından telefonlarından vatsap tətbiqini silməyi tələb edib. Bu qərar şirkətdən “məlumat sızmasının qarşısını almaq” məqsədi daşıyır. 

Avtosfer.az xəbər verir ki, Rusiyanın teleqram kanalları məsələ ilə bağlı ikili vəziyyət barədə məlumat yayıb.  Belə ki, qadağa barədə rəsmi açıqlama yoxdur. Əməkdaşlar isə onlara artıq tətbiqi silməklə bağlı şifahi göstəriş verildiyini iddia edirlər.

Bildirilib ki, qərarda məqsəd hakerlərin əməkdaşların yazışmalarını oğurlayaraq zavodun layihələrini ələ keçirməsinin qarşısını almaqdır. Lakin elə əməkdaşların özünü bu sual təəccübləndirir: Avtovazın “innovasiyaları” xarici casusların nəyinə lazımdır?

Избранный
30
1
avtosfer.az

2Источники