RU

RABİTƏBANK ASC AÇIQ TENDER ELAN EDİR

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tenderin adı: “İT Audit xidmətinin satın alınması ”   

Tenderin elan tarixi:  16.09.2025

Tenderin son tarixi:   30.09.2025, saat 15:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referansla)

Auditorların peşəkarlıq səviyyəsi tələb olunan xidmətlərin aparılması üçün uyğun olmalıdır.

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı

Şirkətin son 1 ildə vergi borcunun olmaması haqqında rəsmi arayış

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
6
banco.az

10Источники