"Qarabağ"ın bugünkü rəqibi "Benfika" klubunda baş məşqçi dəyişikliyi baş verə bilər.

Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisində prezident seçkiləri olacaq.

Prezidentliyə namizədlərdən biri olan Kristovao Karvalyu seçiləcəyi təqdirdə komandanı Yurgen Kloppa əmanət etmək istəyir.

Digər namizəd Joau Noronya Lopeş isə hazırda "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimlə çalışmağı düşünür.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Amorimin "qırmızı şeytanlar"la 2027-ci ilin yayına qədər müqaviləsi var. Klopp isə "Red Bull" şirkəti üçün çalışır.

B. Laje 2024-cü ilin sentyabrından "qartallar"da işləyir.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.