İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlara görə, 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit olacaq.
Publika.az xəbər verir ki, proqnoza görə manatın məzənnəsi cari ilin səviyyəsində olacaq.
Ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir.