Ötən il Azərbaycan Qran-Prisinin qalibi olan “McLaren” pilotu Oskar Piastri bu həftəsonu Bakıda yenidən qələbə qazanmağa çalışacaq.
Apasport.az xəbər verir ki, avstraliyalı sürücü Bakı trekinin onun üçün xüsusi olduğunu bildirib:
“Keçənilki Bakı yarışı ilə bağlı yalnız ən isti xatirələrim var. Mənim üçün həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığım trekə qayıtmaq hər zaman xoşdur. Yeganə məqsədim bu həftəsonunda da ötənilki nəticəni təkrarlamaqdır. Hazırda fərdi hesabda liderəm və sürücülüyümdən çox razıyam. Azərbaycana yollanmadan öncə çətin və proqnozlaşdırılması mümkün olmayan şəhər yarışına hazırlaşırdıq. Bakı texniki baxımdan mürəkkəb trasdır, pilotlardan maksimum dəqiqlik tələb edir. Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çox kəskin rəqabət var, amma biz öz vəzifələrimizə fokuslanmışıq və qarşıdakı həftəsonuna tam hazırıq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək təşkil olunacaq.
Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
Azərbaycanı EYOF-da təmsil edəcək velosipedçilər müəyyənləşib
Almaniyada Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib - FOTO
İdmançılarımız Bolqarıstandan 3 qızıl medalla qayıdıb - FOTO