RU

Avtobuslararası interval artdı – Vətəndaşlar şikayət edir

Bu gün səhər saatlarında 3 nömrəli marşrut avtobusunun intervalı 40 dəqiqəyə qədər artıb və bu, vətəndaşların narazılığına səbəb olub. Bundan əlavə, şəhərin bir çox hissəsində avtobusların hərəkətində gecikmələr və sıxlıq müşahidə olunur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Axar.az-a bildirib ki, tədris mövsümünün başlanması ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində sıxlıq var.

“Bunun nəticəsində də avtobuslararası intervalda artım qeydə alınır. Sıxlığın yaranmasına digər səbəb paytaxtın 17 küçə və prospektində aparılan təmir işləri və paytaxtda keçirilən beynəlxalq tədbir ilə əlaqədar sentyabrın 15-dən bir sıra yollarda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətdir”, - o vurğulayıb.

Избранный
38
2
axar.az

3Источники