RU

Bu gün "Qarabağ"ın ikinci komandası avrokubok oyununa çıxır

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının "Benfika" - "Qarabağ" matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı "Kayşa Futeboç Kampuş" arenasında keçiriləcək.

"Qarabağ"ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.

Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

qarabag-gencler-liqasinda-mubarizeye-baslayir

Избранный
18
11
sportinfo.az

10Источники