RU

Bu poçt rabitəsi operatorlarının lisenziyaları ləğv oluna bilər

Azərbaycanda poçt göndərişlərinin qanunvericiliyə uyğun olmayan obyektlərdə təhvil verilməsi hallarına yol verən poçt rabitəsi operatorlarının lisenziyaları ləğv oluna bilər.

Ölkə.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

"Müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq", - məlumatda deyilir.

Mövzu ilə bağlı "Temu" elektron ticarət platformasının məsul nümayəndələri ilə də görüş keçirilib. Nəticədə platformadan 217 obyekt haqqında məlumat silinib. Bundan əlavə, gələcəkdə oxşar problemlərin vaxtında qarşısının alınması və vətəndaş müraciətlərinə operativ cavab verilməsi üçün İKTA ilə "Temu" arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

Избранный
20
19
olke.az

10Источники