Lüksemburqun Baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavye Bettel parlament komitəsində ölkənin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirib.
Sitat.info xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Məlumata görə, tanınma ilə bağlı yekun qərarın sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu Yorkda keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir:
“Bu, Fransa və Belçika da daxil olmaqla bir sıra digər ölkələrlə razılaşdırılaraq baş tutacaq. Beləliklə, Lüksemburq gələn həftəyə kimi Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələrinin artan siyahısına qoşulacaq. Baş nazir və xarici işlər nazirinin bəyanatı hökumətin aylarla davam etdən tərəddüdündən sonra və Avropa liderlərinin İsrailə Qəzzada müharibəni dayandırmaq çağırışlarının artması fonunda verilib”.