RU

Miss & Mister of Azerbaijan 2025 – Final Gecəsi

Miss & Mister of Azerbaijan 2025 – Final Gecəsi.

Hokm.Az xəbər verir ki, Azərbaycanın ən nüfuzlu moda müsabiqələrindən biri olan Miss & Mister of Azerbaijan 2025-ün final mərhələsi 19 oktyabr 2025-ci il, saat 18:00-da, Badamdar Hotel & Residences-də baş tutacaq.

Bu ilki yarışma ölkənin müxtəlif bölgələrindən seçilmiş ən istedadlı və cazibədar iştirakçıları bir araya gətirib. Final gecəsində iştirakçılar səhnədə öz parlaq çıxışları, dəb nümayişləri və fərdi təqdimatları ilə münsiflər heyətinin və tamaşaçıların qarşısında mübarizə aparacaqlar.

Final gecəsində tanınmış simalar, sənət adamları və mədəniyyət nümayəndələrinin iştirakı da gözlənilir. Tədbir ATV və ARB telekanalları tərəfindən işıqlandırılacaq.

Azərbaycanın moda və gözəllik səhnəsində əlamətdar hadisəyə çevrilmiş bu müsabiqə, gənclərə özlərini ifadə etmək və beynəlxalq platformalara çıxmaq imkanı yaradır.

Əlaqə üçün:

+994 55 560 80 80

www.missmisterazerbaijan.az

Instagram: @missmisterofazerbaijan

Təşkilatçı: Rich Events Group

Məkan tərəfdaşı: Badamdar Hotel & Residences

Избранный
15
hokm.az

1Источники