RU

Pakistandan acı xəbər: ölənlər var

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində baş verən partlayışda 5 əsgər, sonrakı toqquşmada isə 5 yaraqlı ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin Keç bölgəsində silahlılara qarşı keçirdiyi əməliyyat zamanı əldəqayırma partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 5 əsgər həlak olub.

Bölgədə baş verən növbəti toqquşmada isə Hindistanın dəstəklədiyi "Fitna əl Hindustan" təşkilatına bağlı 5 silahlı öldürülüb.

Избранный
14
publika.az

1Источники