RU

Metro tarixində ikinci ən böyük nəticə: 891 856 sərnişin...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Bakı Metropliteni” QSC yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atdı.

Globalinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərdi.

Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43,06 %-ini təşkil edib.

Bunun 77 392-si “28 May”, 73 112-si “Koroğlu”, 71 415-si “Elmlər Akademiyası”, 70 843-ü “Gənclik”, 67 660-i “20 Yanvar”, 62 221-i isə “Nəriman Nərimanov” stansiyasının payına düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
3
globalinfo.az

10Источники