RU

Özbəkistanda böyük qaz yatağı aşkar edilib

Özbəkistan sənayesi tarixində ilk dəfə olaraq Üstyurt yaylasında 6,5 min metr dərinliyində quyu qazılıb və işlər nəticəsində böyük qaz ehtiyatları aşkar edilib.

"Report"un Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadova istinadən verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

"Ölkəmizdə böyük faydalı qazıntı ehtiyatları var. Əvvəllər neft və qaz sektorunda axtarış işləri yalnız 2,5-3 min metr dərinlikdə aparılırdı. Bu il ilk dəfə olaraq Üstyurtda 6,5 min metr dərinliyində quyu qazdıq və çox böyük qaz ehtiyatları aşkar etdik", - o vurğulayıb.

Özbəkistan Prezidenti, həmçinin qeyd edib ki, "dördüncü sənaye inqilabı" şəraitində litium, selen, qrafit və molibden kimi texnoloji minerallara dünya tələbatı sürətlə artır. Ekspertlərin qiymətləndirmələrinə görə, regionun payına volfram, molibden, sink və titan kimi dünya ehtiyatlarının 15 %-ə qədəri düşür.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, Üstyurt bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihəyə ümumi investisiya 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Избранный
24
2
qaziler.az

3Источники