Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyası “Baş nazirə etimad göstərməmək haqqında” bəyanat layihəsini təqdim edib.
Modern.az xəbər verir ki, layihə parlamentə təqdim olunub.
Bəyanatda qeyd olunur ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət nəinki öz vəzifələrini yerinə yetirə bilib, həm də dövlətin qarşısında duran çağırışlara effektiv cavab verə bilməyib.“Hazırkı liderlərin fəaliyyəti dövlət idarəçiliyinin bütün səviyyələrində sistemli böhrana səbəb oldu. Bu siyasət Ermənistan üçün ciddi problemlər yaradıb, ölkənin gələcəyini təhlükə altına qoydu”.
Bəyanatda milli təhlükəsizlik sisteminin sarsıdıldığı vurğulanıb,Eyni zamanda, Paşinyanın Qarabağ məsələsində uğursuzluğa düçar olması pislənilib:
“Hökumət nəinki erməni soyqırımının beynəlxalq aləmdə tanınmasını prioritet hesab etmir, əksinə onun beynəlxalq səviyyədə tanınması prosesindən tamamilə imtina edib. Mövcud hakimiyyətin yürütdüyü xarici siyasət nəticəsində Ermənistanın beynəlxalq nüfuzuna ciddi ziyan dəyib”.Bəyanatda o da bildirlib ki, Ermənistan danışıqlar prosesində bir vaxtlar güclü mövqeyini itirib və beynəlxalq aktorlar Ermənistanın maraqlarını ikinci dərəcəli kimi qəbul etməyə başlayıblar. Ermənistanın hazırkı hakimiyyətinin siyasəti nəticəsində ənənəvi strateji müttəfiqlər və tərəfdaşlarla münasibətlər pisləşib.“Biz bəyan edirik ki, Nikol Paşinyan ölkəni idarə etmək legitimliyini dönməz şəkildə itirib və onun hakimiyyətdə qalması Ermənistan üçün ekzistensial təhlükə yaradır.
Hazırda ölkədə fövqəladə vəziyyətdən yeganə konstitusion çıxış yolu parlamentin Baş nazirə etimadsızlıq bildirməsi prosesidir ki, bu da aşağıdakı addımlar ardıcıllığını nəzərdə tutur:
deputatların baş nazirə etimadsızlıq ifadəsi ideyası ətrafında cəmləşməsi;
prioritetləri sabit olmalı olan keçid Milli Birlik Hökumətinin formalaşdırılması”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.