ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı uruqvaylı futbolçunu icarəyə verməyi düşünmür. Klub bu keçid üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, M.Uqarte 2024/2025 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 45 matçda 2 qola, 6 məhsuldar ötürməyə imza atıb. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.