RU

“Barselona”, “Napoli” və “Arsenal”ın “radar”ındakı kimdir?

19 yaşlı müdafiəçi Luis Benedetti Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçuya “Arsenal”, “Barselona” və “Napoli” maraq göstərir.

Hazırda “Palmeyras”a məxsus olan Benedetti bu mövsüm 18 oyunda meydana çıxıb, 2 qolla yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin dekabrına qədər nəzərdə tutulub.

Gənc müdafiəçinin transfer qiyməti təxminən 1 milyon avro dəyərində qiymətləndirilir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Избранный
57
sportinfo.az

1Источники