RU

Spiker: Gürcüstanı heç kim, o cümlədən də Aİ sıxışdıra bilməz

Gürcüstanı heç kim sıxışdıra bilməz, o cümlədən Avropa İttifaqı.

APA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Gürcü xalqını, onun tarixi təcrübəsindən çıxış edərək, ən çox qıcıqlandıran məqam onlara yuxarıdan aşağı baxılmasıdır,” — Papuaşvili qeyd edib.

Onun sözlərinə görə, həm Avropa İttifaqının səfiri, həm də digər səfirliklər, təşkilatlar və siyasətçilər gürcü xalqına yuxarıdan aşağı baxmaqdan imtina etməlidirlər.

“Avropa ölkələrinin bizə demokratiya dərsi keçməsinə ehtiyac yoxdur, çünki müxtəlif sahələrdə Gürcüstan onları bütün reytinqlərdə qabaqlayır və bizə qanunun aliliyini öyrətmək lazım deyil. Buna görə də onlar gürcü xalqının qanunlarına uyğun hərəkət etməlidirlər,” — Papuaşvili vurğulayıb.

Избранный
33
1
apa.az

2Источники