Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzadakı hərəkətlərinə görə növbəti dəfə Adolf Hitlerə bənzədib.
Gununsesi.info xəbər verir ki, Ərdoğan bu barədə Qətərdən qayıdarkən jurnalistlərə bildirib.
“Biz aydın şəkildə başa düşməliyik ki, İsrail dinə deyil, pozulmuş ideologiyaya xidmət edir. Netanyahu və dəstəsi dünyaya uydurma sionizm nağılları danışır. BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyünü, suveren bərabərliyini və onların sərhədlərinin zorla dəyişdirilməsinin yolverilməzliyini elan edir. “İsraili idarə edənlər, özlərinin radikal fikirlərini faşist ideologiyasına çevirmiş qatillər dəstəsindən başqa bir şey deyillər, bu baxımdan Netanyahunun ideoloji cəhətdən Hitlerlə əlaqəsi var”, – deyə “Anadolu” agentliyi Ərdoğandan sitat gətirib.
Türkiyə lideri əlavə edib ki, onun fikrincə, Netanyahu Hitler kimi əldə etdiyi tərəqqinin təsiri altında onu gözləyən məğlubiyyəti qabaqcadan görə bilməsə, o da “eyni aqibəti yaşayacaq”.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.