Fransa millisinin və “Mançester Siti”nin sabiq müdafiəçisi Benjamin Mendi karyerasını Polşada davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu “Poqon Şeçin”lə 2 illik müqavilə imzalayacaq.
Son olaraq İsveçrənin “Sürix” klubunda çıxış edən Mendi bu yay komandadan ayrılmışdı.