RU

İspaniya İsrailə görə “Eurovision 2026” müsabiqəsini boykotla hədələyir

Ajans.az xəbər verir ki,bu barədə məlumat RİA Novosti tərəfindən RTVE-nin press-relizinə istinadla yayılıb. RTVE İdarə Heyətinin açıqlamasında bildirilir: “İsrail Qəzzada davam edən qırğın fonunda müsabiqədə qalsa, İspaniya Eurovision-da iştirak etməyəcək”. Məlumata görə, bu məsələ Avropa Yayım Birliyinin (EBU) növbəti Baş Assambleyasında müzakirəyə çıxarılacaq. Əgər üzv ölkələr İsrailin iştirakının qarşısını almaq barədə qərar verməzsə, İspaniya ilk dəfə olaraq müsabiqəni boykot edə bilər. Qeyd edək ki, 2024-cü ildə də bir sıra ölkə ictimaiyyətlərində və musiqi dairələrində İsrailin Eurovision-da iştirakına etirazlar olmuş, lakin EBU bu ölkənin iştirakını davam etdirmişdi.

 

Избранный
30
Ajans.az

1Источники