"Ukrayna lideri Volodimir Zelenskinin milyardlarla dollarlıq yardım tələbindən sonra Ukraynaya çoxlu pul və ya silah göndərilməməlidir".
Qaziler.az xəbər verir ki, bunu Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində bildirib.
O, bu barədə “Euractiv”də dərc edilən məqaləsinin sonunda Kiyevin gələn il Qərbdən ən azı 120 milyard dollar yardım alacağını gözlədiyini bildirib.
“Bizə deyirlər ki, kəmərimizi sıxmalıyıq... Bəsdir! Ukrayna üçün nə bir avro, nə bir silah, nə də bir əsgər!”, - deyə siyasətçi bildirib.
QAZİLER.AZ