Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir. İnstitutun əsas hədəfi istehlakçıların sağlamlığının qorunması, eyni zamanda sahibkarlara qida təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun fəaliyyətin qurulmasında dəstək göstərməkdir.“Bazarstore” marketlər şəbəkəsinin filialında aparılan konsaltinq xidmətləri çərçivəsində müəssisənin “Qida təhlükəsizliyi haqqında” qanun və digər normativ sənədlərə uyğun fəaliyyəti, eləcə də xammalın qəbulundan hazır məhsulun satışına qədər bütün mərhələlərdə sanitar-gigiyenik və sanitar-texniki normalara riayət edilməsi diqqətlə yoxlanılır.AQTİ-nin mütəxəssisləri müəssisədaxili prosesləri hərtərəfli qiymətləndirərək HACCP və izlənilmə sistemlərinin tətbiq vəziyyətini araşdırır. Aparılan yoxlamalar nəticəsində aşkarlanan uyğunsuzluqlar və potensial risklər barədə məlumatlar verilir, onların aradan qaldırılması üçün konkret tövsiyələr təqdim olunur.İnstitut bu fəaliyyətlə qida təhlükəsizliyi standartlarının ölkə üzrə tətbiqinin genişləndirilməsinə, istehlakçılar üçün təhlükəsiz məhsul təminatına və sahibkarlıq subyektlərinin məsuliyyətli iş praktikasına dəstək verməyə davam edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта