RU

“Qarabağ”ın U-19 komandası “Benfika”ya böyük hesabla uduzdu

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının 2025/26 mövsümündə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nın qonağı olub.

Görüş Azərbaycan klubu üçün uğursuz alınıb. İlk hissədə qapısında 6 qol görmüş Rəşad Sadiqovun yetirmələri ikinci hissədə daha 1 dəfə mərkəzə dəvət ediliblər. Ağdam təmsilçisi görüşün başa çatmasına 5 dəqiqə qalmış təsəlli qolunu vurub. Komandamızın heyətində Əli Qazıbəyov fərqlənib.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcək.

UEFA Gənclər Liqası
1-ci tur
16 sentyabr

“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 7:1
Baş hakim: Ceymi Robinson (Şimali İrlandiya).

error: Məzmun qorunur!
Избранный
19
8
arena.az

10Источники