Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 318 ədəd və yaxud 12,1 % az - 2 309 ədəd minik avtomobili istehsal olunub.
"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu il sentyabrın 1-nə ölkədə 16 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 397,4 milyon manatlıq maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 1 il əvvələ nisbətən maşın və avadanlıqların istehsalı 0,7 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 % azalıb.
Hesabat dövründə Azərbaycanda 353 ədəd traktor istehsal edilib. Bu, illik müqayisədə 14,1 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 8 ayında Azərbaycanda 220 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-avqust aylarına nisbətən 43,6 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 61 ədəd hazır məhsul ehtiyatı yaranıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.