RU

Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA Aralarında problem olmayıb

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verildiyi kimi Cəlilabad rayonunun Xəlilabad kəndində bıçaqlanma hadisəsi baş verib.Belə ki, sinifyoldaşı tərəfindən bıçaqlanan 11-ci sinif şagirdi K.İ. həyatını itirib.Xəlilabad kənd orta məktəbindən Bizim.Media-ya verilən məlumata görə, hadisə məktəb daxilində baş verib və bıçaqlanan məktəbli xəstəxanada dünyasını dəyişib:“Biz dərhal üzərimizə düşən vəzifəni icra edib 103 qaynar xəttinə zəng etmişik və hər iki şagirdin valideynlərinə xəbər vermişik. Yaralı Cəlilabad Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin orada dünyasını dəyişib”.Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə saytımıza verilən məlumata görə, bıçaqlanan şagirdlər arasında heç bir problem olmayıb:“Əslində yolda və xəstəxanada ölməsi ilə bağlı çeşidli məlumat var. Lakin maraqlısı odur ki, məktəblilər arasında heç bir problem olmayıb, indiyədək insident yaşanmayıb. Hazırda araşdırma davam edir”.Məmmədova Naibə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
4
bizim.media

5Источники