RU

Bu ölkədən İsraillə bağlı şok qərar: Rəsmən ləğv edildi

İspaniya Müdafiə Nazirliyi İsrail şirkətləri ilə təxminən 1 milyard avro dəyərində iki müqaviləni ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi EFE məlumat yayıb.

Bildirilib ki, İsrailə silah embarqosunu hüquqi cəhətdən gücləndirən kral fərmanının gələn həftə təsdiqlənməsi gözlənilir. Artıq bununla bağlı konkret addımların atıldığı qeyd olunub.

Məlumata görə, ümumilikdə 1 milyard avro dəyərində olan "Silam" yüksək hərəkət qabiliyyətinə malik reaktiv yaylım atəş sistemləri və "Spike L.R." tank əleyhinə raket kompleksinin alınması ilə bağlı müqavilələr rəsmi olaraq ləğv edilib.

Избранный
52
publika.az

1Источники