RU

“Netanyahu Hitlerlə qohumdur” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Qəzzadakı hərəkətlərinə görə yenidən Adolf Hitlerə bənzədib.

Busaat.az xəbər verir ki, Ərdoğan bu barədə Qətərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Biz aydın şəkildə başa düşməliyik ki, İsrail dinə deyil, pozulmuş ideologiyaya xidmət edir. Netanyahu və onun dəstəsi dünyaya sionizmin uydurma nağıllarını danışır. BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyünü, suveren bərabərliyini və sərhədlərinin zorla dəyişdirilməsinin yolverilməzliyini elan edir.

Ona görə də vəd edilmiş torpaq konsepsiyası əsasında yaradılmış ssenarilər hüquqi cəhətdən etibarsız və legitimlikdən məhrumdur. İsraili idarə edənlər radikal baxışlarını faşist ideologiyasına çevirmiş qatil dəstəsindən başqa bir şey deyil. Bu baxımdan Netanyahu ideoloji cəhətdən demək olar ki, Hitlerə oxşayır”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri əlavə edib ki, Netanyahu da Hitler kimi əldə etdiyi tərəqqinin təsiri altında onu gözləyən məğlubiyyəti qabaqcadan görə bilməsə, o da eyni aqibəti yaşayacaq.

Yeganə

Избранный
33
3
busaat.az

4Источники