RU

Çantalarının ağırlığı sağlamlığa təsir göstərir KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Məktəb çantalarının ağırlığı uşaqların sağlamlığına ciddi təsir göstərir. Maraqlıdır, elektron dərsliklərə keçid bu problemi necə azalda bilər?

Bu barədə KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, çantaların çəkisi bəzən böyüklərin belə daşımaqda çətinlik çəkəcəyi qədər ağır olur:

“Uşaq onu kürəyində daşıyır və bu, onlarda sümük-əzələ sistemində problemlər yaradır. Çox vaxt valideynlərin tibbi məlumatları aşağı olur və uşaqlara vaxtında düzgün yönləndirici məsləhətlər verilmir. D vitamini və kalsium çatışmazlığı fonunda sümüklər zəifləyir, nəticədə çantanın ağırlığı onların kürəyində deformasiyalara səbəb olur”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, bu problemin qarşısını almağın əsas yollarından biri elektron dərsliklərə keçiddir:

“Kitabların bu qədər daşınmasına ehtiyac qalmaz. Dövlət tərəfindən məktəblərdə şagirdlər üçün kompüterlər təmin olunarsa, elektron dərsliklər həm sağlamlıq baxımından, həm də təhsil prosesinin səmərəliliyi üçün daha əlverişli olar. Çünki məktəbə ağır çanta ilə gələn şagird hələ dərs başlamadan fiziki cəhətdən tükənir, ardınca zehni iş yükünü daşımaq onlar üçün daha da çətin olur”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
konkret.az

1Источники