“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nın qonağı olub.
Görüş Azərbaycan klubu üçün uğursuz alınıb.
İlk hissədə qapısında 6 qol görən Rəşad Sadiqovun yetirmələri ikinci hissədə daha 1 dəfə mərkəzə dəvət ediliblər. "Qarabağ" görüşün başa çatmasına 5 dəqiqə qalmış təsəlli qolunu vurub.
Komandamızın heyətində Əli Qazıbəyov fərqlənib.
UEFA Gənclər Liqası
I tur
16 sentyabr
14:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 7:1
Baş hakim: Ceymi Robinson (Şimali İrlandiya)
Qeyd edək ki, “Qarabağ” U-19 növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта