RU

Tramp: Görünür, Zelenski və Putin bir masa arxasında oturmalı olacaq

Yaxın vaxtlarda Ukrayna və Rusiya liderləri ilə bir masa arxasında görüşməli olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq regionda davam edən münaqişənin həlli üçün vacibdir.

Tramp vurğulayıb ki, tərəflər arasında kompromis tapmaq asan olmayacaq, lakin Birləşmiş Ştatlar sülh prosesində aparıcı rol oynamağa hazırdır.

“Dünya artıq uzun müddətdir bu müharibədən əziyyət çəkir. Məncə, nə Zelenski, nə də Putin bu vəziyyətin uzanmasında maraqlıdır. Ola bilsin ki, tezliklə hamımız bir masa arxasında oturmalı olacağıq”, – Tramp qeyd edib.

Amerikanın hazırkı liderinin bu bəyanatı beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun vasitəçiliyi münaqişənin diplomatik yolla həllinə yeni impuls verə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
2
1
interpress.az

2Источники