RU

Azərbaycanda marqarin istehsalının artmasının İLGİNC SƏBƏBİ

Son statistik məlumatlara görə, Azərbaycanda marqarin istehsalı 3,3 faiz artaraq 31 653,5 ton olub. Kərə yağının istehsalı isə 17 886,4 ton təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalıb.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marqarin istehsalının artması əsasən, qiymət faktoru ilə bağlıdır, çünki o, kərə yağına nisbətən daha ucuzdur.

Onun sözlərinə görə, marqarinin tərkibində insan sağlamlığı üçün təhlükəli yağlar var:

"Marqarinlərdə yüksək miqdarda trans yağ var. Bu yağlar damarların sərtləşməsinə, ürək-damar xəstəliklərinə, xolesterol balansının pozulmasına (pis LDL-in artması, yaxşı HDL-in azalması) səbəb olur.

Marqarin bitki yağlarının süni olaraq bərkiməsi (hidrogenləşdirilməsi) nəticəsində alınır. Bu proses yağın təbii strukturunu dəyişdirir, həzmi çətinləşdirir və orqanizmdə metabolik pozğunluqlara gətirə bilər".

F.Səfərov qeyd edib ki, marqarinin daimi istifadəsi ürək-damar xəstəlikləri, piylənmə, insulin müqaviməti və hətta xərçəng riskini artıra bilər:

"Daimi marqarin istifadəsi damar divarlarında iltihabı artırır və ateroskleroz (damar tıxanması) riskini yüksəldir. Dünya Səhiyyə Təşkilatı trans yağların hər il milyonlarla insanın vaxtsız ölümünə səbəb olduğunu bildirir. Trans yağlarla zəngin qidalar qarın piylənməsini artırır və insulin müqavimətini gücləndirərək şəkərli diabet riskini yüksəldir. Həmçinin immuniteti zəiflədə, qaraciyərə əlavə yük sala bilər. Xərçəng riskini (məsələn, döş və prostat xərçəngi ilə əlaqə) artırdığına dair bəzi araşdırmalar da var"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
1
olaylar.az

2Источники