“Zeynəb Xanlarovanın nəvəsinə toy edəcəyini mən də eşitmişəm. Amma hələ məni toya dəvət etməyib”.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, bunu Azərbaycanın tanınmış qoşanağara ustası Sadıq Zərbəliyev deyib.
Xalq artisti bildirib ki, 1975-ci ildən bu günə qədər birgə çalışdığı sənət yoldaşı Zeynəb Xanlarovadan toya dəvət gözləyir:
“Zeynəb Xanlarova nəvəsinin toyuna məni çağırsa, gedib iştirak edəcəyəm”.
Qeyd edək ki, Xalq artisti Zeynəb Xanlarova nəvəsini evləndirir. “Olay”ın məlumatına görə, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Xanlarovanın (Babayeva) toyu sentyabrın 28-i baş tutacaq.
“Gülüstan” sarayında keçiriləcək toyda siyasətçilər, iş adamları və müxtəlif sənət nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, sənətçinin nəvəsinə 2023-cü ildə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində vəzifə verilmişdi.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта