RU

Müşviqin adından dələduzluq Video

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Aktyor Müşviq Şahverdiyevin adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat yayıb. Müşviq vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara qumar oyunlarını reklam ediblər:

"Dostlar, bu vicdansızlar mənim videomun üstünə süni intellektlə səs yazıb və qumarı reklam ediblər. Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar. Amma bu sahədə olduğum 25 il ərzində qumarın nə reklamında çəkilmişəm, nə də təbliğ etmişəm. Dostlarım, ətrafım bunu yaxşı bilir. Qumar oynayanlara da tövsiyyə etmişəm ki, bununla məşğul olmayın, insanı uçuruma aparır. 

Videonun orijinalı bizə aiddir. Amma orada mən başqa sözlər deyirəm. Burada isə başqa sözlər əlavə edib, sizi aldadırlar. Tövsiyyəm budur ki, bu tip oyunlardan uzaq durun, həmişə uduzacaqsınız".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
axsam.az

2Источники