RU

İsrail Qəzzada 13-cü əsrə aid məscidi dağıdıb

BAKI, 16 sentyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (IDF) raket zərbəsi nəticəsində Qəzza şəhərinin qərbində 13-cü əsrə aid Əl-Aybaki məscidi dağılıb.

Teleqraf xəbər verir ki, bundan başqa Qəzza zolağında 5-ci əsrə aid bütpərəst məbədin bünövrəsi üzərində tikilmiş Böyük Ömər Məscidi də dağıdılıb. HƏMAS Qəzza zolağında məscidlərin üçdə birinin dağıdıldığını bəyan edib.

Sentyabrın 16-da İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində quru əməliyyatlarını genişləndirib.

Избранный
57
teleqraf.com

1Источники