RU

Husilər Təl-Əvivə ballistik raket zərbəsi endiriblər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri İsrailinTəl-Əvivdəki obyektinə "hipersəs ballistik raketlə" zərbəendiriblər.

Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığısilahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.

Bildirilib ki, hərbi əməliyyat zamanı "Fələstin-2" hipersəsballistik raketindən istifadə edilib. "Əməliyyat öz məqsədinəuğurla çatdı", - deyə o qeyd edib.

Y.Sariya həmçinin bildirib ki, üsyançı qüvvələr İsrailincənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanınapilotsuz uçuş aparatları ilə zərbələr endiriblər. Hər iki hücumİsrailin Yəmənin Hodeydə limanına endirdiyi aviazərbələrdən qısamüddət sonra həyata keçirilib.

Избранный
27
2
az.trend.az

3Источники