RU

Fransanın tarixi muzeyindən 6 qızıl külçə oğurlanıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Parisdəki Milli Təbiət Tarixi Muzeyi bazar ertəsindən çərşənbə axşamına keçən gecə qarət edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dəyən ziyan 600 min avro təşkil edir.

Məlumat görə, soyğunçular yaxşı hazırlaşıblar və 6 qızıl külçəni apara biliblər. Hadisə ilə bağlı araşdırmanı Məhkəmə Polisinin Banditizmlə Mübarizə Briqadası aparır.

Milli Təbiət Tarixi Muzeyi Parisdəki Nəbatat bağı və Vinsen zooparkı da daxil olmaqla bir neçə muzey, laboratoriya, kitabxana və parkı özündə birləşdirən böyük elmi-tədqiqat mərkəzinin bir hissəsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
4
azertag.az

5Источники